Əsas məzmuna keç

“El Mencho”nu sevgilisi ələ verib - YENİ DETALLAR

“El Mencho”nu sevgilisi ələ verib - YENİ DETALLAR

Meksika təhlükəsizlik qüvvələri dünyanın ən təhlükəli narkobaronlarından biri olan “El Mencho”nun yerini onun yaxın münasibətdə olduğu qadın vasitəsilə müəyyən edib.

en ru

hüquq-mühafizə orqanlarının həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində məşhur narkobaronun gizləndiyi məkan bəlli olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Yeni Nəsil Karteli” (CJNG) qruplaşmasının rəhbəri, “El Mencho” ləqəbi ilə tanınan Nemesio Ruben Oseguera Cervantesin izini tapmaq üçün xüsusi xidmət orqanları fərqli taktika tətbiq ediblər.

Əməliyyatın detallarına görə, təhlükəsizlik qüvvələri narkobaronun münasibətdə olduğu bir qadını uzun müddət izləyiblər. Məhz həmin qadının hərəkət trayektoriyası və görüşləri dünyanın ən çox axtarılan cinayətkarlarından birinin yerini dəqiqləşdirməyə imkan verib.

Qeyd edək ki, bu əməliyyat Meksika tarixində narkokartellərə qarşı mübarizədə ən mühüm addımlardan biri hesab olunur. Hazırda hadisə ilə bağlı digər detalların araşdırılması davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…