Əsas məzmuna keç

Zelenski 5 minlik briqada istədi: Cəbhəyə Qərb hərbçiləri gəlir?

Zelenski 5 minlik briqada istədi: Cəbhəyə Qərb hərbçiləri gəlir?

Vladimir Zelenski Fransa, Britaniya və Polşadan hərbi dəstək tələb etdi. Kiyev lideri cəbhəyə 5 minlik briqada və hava hücumundan müdafiə sistemləri istəyir.

en ru

“Zelenski müttəfiqləri xəttinə yaxın hərbi kontingent yerləşdirməyə çağırıb”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Prezidenti Vladimir Zelenski "BBC News"a müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Ukraynanın müttəfiqləri gələcəkdə hərbi kontingentlərini ölkə ərazisində, mümkün qədər ilə cəbhə xəttinə yaxın yerləşdirməlidirlər.

“Fransa və hər biri bir briqada verə bilər. Biz başa düşürük ki, bu, 5000 nəfərə qədər şəxsi heyət deməkdir. Həmçinin, Ukraynanı öz kontingenti ilə gücləndirməyə hazır olan bir neçə başqa ölkədən də siqnallar var. Biz cəbhə xəttinə daha yaxın bir kontingent görmək istərdik”, – deyə o qeyd edib.

əlavə edib ki, Polşa hələlik Ukraynaya qoşun göndərdiyini təsdiqləməyib. Bununla belə, Kiyevin, məsələn, Lvovda xarici hərbçilərin yerləşdirilməsi variantını yetərli hesab etmədiyini bildirib.

Onun fikrincə, Varşava daha çox qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri üçün logistika dəstəyi göstərə, eləcə də düşmən hava hədəflərinin qonşu dövlətlərin ərazisindən vurulmasına şərait yarada bilər.

Zelenski etiraf edib ki, “heç kim ön cəbhədə olmaq istəmir”. Lakin o vurğulayıb ki, ukraynalılar cəbhə xəttində “tərəfdaşları” görmək istəyirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…