Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Notariusların xarici ölkələrdə tərtib edilmiş sənədləri hansı hallarda qəbul edəcəyi müəyyənləşib

2 dəq
Paylaş:
Notariusların xarici ölkələrdə tərtib edilmiş sənədləri hansı hallarda qəbul edəcəyi müəyyənləşib

Notariusların xarici ölkələrdə tərtib edilmiş sənədləri hansı hallarda qəbul edəcəyi müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, İlham Əliyev bununla bağlı “Notariat haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna edilmiş dəyişikliyə əsasən xarici ölkələrdə tərtib edilmiş sənədləri aşağıdakı hallarda qəbul edirlər:

1. Həmin sənədlər Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmış olduqda;

2. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və ya formada həmin Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə (apostil) verildikdə. Bu zaman elektron formada verilmiş şəhadətnamə (apostil) bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq yoxlanıldıqdan sonra qəbul edilir.

Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən Azərbaycanın tərəfdar çıxdığı müqavilələrdə nəzərdə tutulduğu hallarda notariuslar xarici ölkələrdə tərtib edilmiş sənədləri leqallaşdırılmadan və ya onlara Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə verilmədən qəbul edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax