Norveç hakimiyyəti müvəqqəti sərhəd nəzarətini noyabrın 11-dək uzadıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Norveç Ədliyyə Nazirliyinin rəhbəri Emili Enger Mehl məlumat yayıb.
“Hazırda biz sərhəd nəzarətini 20 gün uzadırıq, amma istisna etmirəm ki, daha da uzadacağıq. Qərarımın səbəbi artan terror təhlükəsidir”, - deyə nazir bildirib.
Siyasətçinin sözlərinə görə, xüsusilə Norveçdə yəhudi və israilli şəxslərə və qurumlara qarşı terror hücumları riski qalmaqdadır.
İsrailin müdafiə şirkətinin nümayəndəliyinə hücum edilən İsveçdə və İsrail səfirliyində partlayışların baş verdiyi Danimarkada baş verən hadisələrdən sonra oktyabrın 12-də Norveçdə müvəqqəti sərhəd nəzarətinə başlanılıb.