BRİKS sammiti zamanı Kazanda bəzi məhdudiyyətlər tətbiq olunacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti"yə şəhərin meri İlsur Metşin bildirib.
Bundan əlavə, sammit zamanı məktəblərdə payız tətili təxirə salınıb və şagirdlər distant təhsilə keçiblər.
Sammitin üç günü ərzində yalnız bir neçə yerdə, xüsusən də müəyyən tədbirlərin planlaşdırıldığı mərkəzi küçələrdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub.
Metşin əlavə edib ki, BRİKS sammiti zamanı Kazan sakinləri ictimai nəqliyyatın fəaliyyətində dəyişikliklər barədə məlumatlandırılıblar.