İsrail hərbi hava qüvvələri Beyrutda Hizbullah hərəkatının mərkəzi dəniz bazasına hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Həmçinin Livanın paytaxtında bu təşkilatın silah anbarlarına və komanda mərkəzlərinə hücum edilib.
Qeyd edilib ki, hədəflərin bəziləri yerin altında olub.
"Zərbələrdən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün əraziyə dəqiq və erkən xəbərdarlıqların göndərilməsi də daxil olmaqla, çoxsaylı tədbirlər görülüb", - deyə bildirib.