Əsas məzmuna keç

Emmanuel Makron İsrail-Hizbullah atəşkəsini dəstəklədi

Emmanuel Makron İsrail-Hizbullah atəşkəsini dəstəklədi

Emmanuel Makron Donald Trampın sülh təşəbbüsünü alqışladı. Livanın suverenliyi üçün silahların susmasını istəyən lider, mülki əhali barədə mühüm çağırış etdi.

en ru

Fransa Prezidenti Emmanuel İsrail və arasında elan olunan atəşkəsi dəstəklədiyini bildirib, lakin döyüşlərin davam etməsindən narahatlığını ifadə edib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Makron X sosial şəbəkəsində paylaşım edərək Prezidenti tərəfindən elan olunan atəşkəsi tam dəstəklədiyini qeyd edib.

O, eyni zamanda davam edən toqquşmaların atəşkəsin pozulmasına səbəb ola biləcəyindən narahat olduğunu bildirib və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinə çağırıb.

Fransa Prezidenti vurğulayıb ki, Hizbullah silahlarını yerə qoymalıdır, İsrail isə Livanın suverenliyinə hörmət etməli və müharibəyə son verməlidir.

Qeyd edək ki, bundan əvvəl Livan Milli Xəbər Agentliyi atəşkəs rejiminin pozulması nəticəsində ölən və yaralananların olduğu barədə məlumat yayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…