Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nikol Paşinyan 30 illik nikahına son qoydu

2 dəq
Paylaş:
Nikol Paşinyan 30 illik nikahına son qoydu

həyat yoldaşı Akopyanla münasibətlərinin pozulmasını şərh edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o öz şərhini feysbuk sosial şəbəkəsində rəsmi açıqlamada yayıb.

Paşinyan paylaşımında qeyd edib: "Mən Annanın qərarına hörmətlə yanaşıram. Son 30 il ərzində bütün çətin günlərimdə o, mənim yanımda olub, mənim dayağım və dəstəyim olub. Əmin deyiləm ki, mən də onun üçün eyni olmuşam. Ola bilsin ki, mən ona daha çox acı yaşatmışam, bunun üçün üzr istəyirəm".

Qeyd edək ki, daha əvvəl Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Nikol Paşinyanla münasibətlərinə son qoyduğunu bəyan edib. O, sosial şəbəkələrdə yayılan "vətəndaş nikahının başa çatması" xəbərinin məhz onların birgə həyatının bitməsini nəzərdə tutduğunu təsdiqləyib.

A.Akopyanın sözlərinə görə, aldığı mənzil hələ tikinti prosesində olduğu üçün o, bundan sonra kirayə mənzildə yaşayacaq. Hazırda onun hesabında yaşayış xərcləri üçün 5 milyon dram (təxminən 13,3 min dollar) vəsait qalıb.

Bununla yanaşı, Anna Akopyan gələcək fəaliyyəti ilə bağlı planlarını açıqlayaraq, "Mənim addımım" fondunda işini davam etdirmək istədiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax