Operativ Məlumat Mərkəzi

Nigeriyada sel fəlakəti nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

1 dəq
Paylaş:
Nigeriyada sel fəlakəti nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb
bu barədə ölkənin Fövqəladə Hallar Xidməti açıqlama yayıb. Qurumdan bu sayın artacağının istisna edilmədiyi də açıqlanıb. Təbii fəlakət zonasında 265 ev...

Nigeriyada həftənin əvvəlindən tüğyan edən sel fəlakəti nəticəsində təkcə Mokva şəhərində ölənlərin sayı 150 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Agence France-Presse”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti açıqlama yayıb.

Qurumdan bu sayın artacağının istisna edilmədiyi də açıqlanıb.

Təbii fəlakət zonasında 265 ev və iki körpü tamamilə dağılıb, 3000 nəfər isə təxliyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər