ABŞ Zərbxanası (US Mint) tərəfindən hazırlanmış, üzərində ABŞ Prezidenti Donald Trampın portreti əks olunan yeni 1 dollarlıq sikkələr sentyabrın 2-dən etibarən rəsmi olaraq dövriyyəyə daxil olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni sikkələr ABŞ-nin müstəqilliyinin 250 illik yubileyi münasibətilə xüsusi dizaynla hazırlanıb.
Məlumata görə, Vaşinqtonda yerləşən US Mint mağazası qarşısında sikkələrin təqdimatı ilə bağlı məlumatlandırıcı lövhələr quraşdırılıb. Yeni pul vahidi kolleksiyaçıların və vətəndaşların böyük marağına səbəb olub.
Paytaxtdakı rəsmi satış məntəqələri və banklarda yeni sikkələri əldə etmək istəyənlərin fəallığı müşahidə olunur.