Operativ Məlumat Mərkəzi

Netanyahu xəbərdarlıq edib

1 dəq
Paylaş:
Netanyahu xəbərdarlıq edib
Netanyahu, xüsusilə, İranın İsrailə qarşı 7 cəbhədə terror törətməyə çalışdığını deyib. “Onların qana susadığı göz önündədir. Lakin İsrail tək deyil. Biz...

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinə hər kim zərər vurmağa çalışsa, buna görə məsuliyyətə cəlb olunacağını, ağır bədəl ödəyəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu, xüsusilə, İranın İsrailə qarşı 7 cəbhədə terror törətməyə çalışdığını deyib.

“Onların qana susadığı göz önündədir. Lakin İsrail tək deyil. Biz bütün cəbhələrdə, yaxın və ya uzaq bütün meydanlarda onlara qarşılıq verməkdə qətiyyətliyik”, - deyə Netanyahu qeyd edib.

İsrail ilə İran arasında birbaşa gərginlik İsrailin HƏMAS lideri İsmayıl Haniyə və “Hizbullah” komandiri Fuad Şükürü öldürməsindən sonra yaranıb.

Haniyə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra paytaxt Tehranda yaxın məsafədən edilən raket hücumuna məruz qalıb.

İran buna görə qisas alacaqlarını bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər