İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada 4 israilli məhbusun xilas edilməsindən sonra açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Biz missiyanı başa çatdırana və qaçırılan bütün insanları (Qəzzadakı israilli əsirləri) diri və ya sağ-salamat evlərinə qaytarana qədər dayanmayacağıq",- deyiv.
İsrail ordusundan verilən yazılı açıqlamada, Qəzza zolağının mərkəzi hissəsində müxtəlif nöqtələrə hücumların təşkil edildiyi, iki fərqli bölgədə cəmi 4 israilli məhbusun sağ-salamat xilas edildiyi və onların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.