Əsas məzmuna keç

Netanyahu İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Müstəqillik Günü münasibətilə dövlət başçımıza müraciət edib. HƏMAS-la mübarizə və strateji tərəfdaşlıq haqda nə deyib?

ru en

İsrailin Benyamin Netanyahu İlham Əliyevi təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, əziz dost.

Sizi və xalqını Günü münasibətilə təbrik edirəm. İllər keçdikcə daha da möhkəmlənən əsl dostluğumuza və xalqlarımız arasındakı əlaqələrə görə minnətdaram. Regional sabitliyə töhfə verən, sülhün təşviqində və bizi ortaq məqsədlərimizə çatmağa yaxınlaşdırmaqda mühüm rol oynayan səylərinizi, ekstremizmə qarşı mübarizədə qətiyyətli mövqeyinizi çox yüksək qiymətləndirirəm.

Ölkənizin İsrailə davamlı dəstəyinə, oktyabrın 7-də HƏMAS-ın mənfur hücumundan sonra nümayiş etdirdiyiniz həmrəyliyə, həmçinin regional təhdidlərə qarşı mübarizənizə görə Sizə xüsusilə minnətdaram. Bu, hökumətlərimiz və xalqlarımız arasında əsl tərəfdaşlığımızın əsaslandığı etimadı və hörməti təsdiqləyir.

İkitərəfli münasibətlərimizin və , aviasiya, turizm, akademik sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığımızın daha da genişləndirilməsini, həmçinin Birgə Komissiyanın növbəti iclasının keçirilməsini səbirsizliklə gözləyirəm.

Sizə, ailənizə və Azərbaycan xalqına daha yüksək firavanlıq və uğurlar arzulayıram”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…