Əsas məzmuna keç

Nəsimi Rayonunda Narkotik Əməliyyatı – 48 Yaşlı Şəxs Həbs Olundu

Nəsimi Rayonunda Narkotik Əməliyyatı – 48 Yaşlı Şəxs Həbs Olundu

20-ci Polis Şöbəsinin keçirdiyi reyd zamanı Rizvan Fərəcovdan külli miqdarda heroin və marixuana aşkarlandı. 3 kq-dan çox qanunsuz maddənin satışı ilə bağlı şok faktlar...

en ru

Rayon İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz satışı və dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 48 yaşlı Rizvan Fərəcov saxlanılıb. Şəxs əvvəllər məhkum olunub.

Daxili İşlər Nazirliyinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, əməliyyat zamanı R.Fərəcovdan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin, ümumilikdə isə 3 kiloqram 547 qram aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri satış məqsədilə əldə etdiyini etiraf edib.

Faktla bağlı başlanılıb və R.Fərəcov barəsində məhkəmənin qərarı ilə qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…