Nəriman Axundzadə karyerasını Azərbaycanda davam etdirə bilər. Türkiyə Super Liqasında çıxış edən “Ərzurumspor”da möhkəmlənməkdə çətinlik çəkən hücumçunun qış transfer pəncərəsində icarə əsasında “Turan Tovuz”a keçidi gündəmə gəlib.
22 yaşlı futbolçunun mövsümün ikinci yarısında daha çox oyun şansı qazanmaq üçün komandasını dəyişmək istədiyi bildirilir.
Axundzadənin müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsus olduğu qeyd olunur. O, bu komandaya cari ilin fevralında “Qarabağ”dan keçib və klubla 3,5 illik müqavilə imzalayıb.
Kontekst
Oktyabrın 14-də “Ərzurumspor”un prezidenti Ahmet Dal Axundzadənin qış transfer pəncərəsində klubdan ayrılacağı barədə xəbərləri təkzib edib və belə bir planlarının olmadığını bildirib. Noyabrın 10-da futbolçunun agenti Tural Əsgərov isə vəziyyətin necə inkişaf edəcəyini izlədiklərini, ilin sonunadək baş verəcək hadisələri gözlədiklərini deyib.