Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Suriyada gözlənilməz təyinat: Məşhur aktrisa parlamentə üzv seçildi

2 dəq
Paylaş:
Suriyada gözlənilməz təyinat: Məşhur aktrisa parlamentə üzv seçildi

Suriya Prezidenti ölkədə keçid dövrü çərçivəsində Xalq Məclisinin tərkibinin formalaşdırılması istiqamətində yeni addım atıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 210 yerlik Xalq Məclisinin 70 üzvü tərəfindən birbaşa təyinatla müəyyən edilib.

Məlumata görə, Suriya dövlət informasiya agentliyi “SANA”nın yaydığı xəbərdə bu təyinatlar arasında 36 yaşlı aktrisa Rozina Lazkaninin də yer aldığı bildirilib. Onun parlamentə daxil olması ölkə daxilində geniş müzakirələrə səbəb olub.

Bildirilir ki, siyasi təcrübəsi olmayan sənətçinin qanunverici orqana təyinatı ictimaiyyətdə maraq doğurub. hesabında açıqlama verən Prezident Əhməd Şaranın ona göstərdiyi etimada görə təşəkkür edib və üzərinə düşən məsuliyyəti ciddi şəkildə yerinə yetirəcəyini vurğulayıb.

Məlumata əsasən, 2014-cü ildən televiziya sahəsində fəaliyyət göstərən Lazkani xüsusilə “Netflix” platformasında yayımlanan “Al-Hayba” serialındakı rolu ilə tanınıb. Onun instaqram hesabında 690 minə yaxın izləyicisi olduğu bildirilir.

Qeyd olunur ki, Seçkiləri üzrə Yüksək Komitənin sədri Məhəmməd Taha əl-Əhməd bu təyinatların ölkənin müxtəlif bölgələrini və sosial təbəqələrini təmsil etmək məqsədi daşıdığını bildirib.

Məlumata görə, prezident tərəfindən təyin olunan 70 nəfər arasında qadınlar, müharibə zamanı yaxınlarını itirən şəxslər, keçmiş məhbuslar və kimyəvi hücumlardan sağ çıxan vətəndaşlar da yer alıb. Bildirilir ki, yeni tərkiblə parlamentdə qadınların sayı 21-ə çatıb və bu qurumun ölkənin siyasi keçid prosesində mühüm rol oynayacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax