Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin İrana qarşı əməliyyatlarını genişləndirməsinə resurs çatışmazlığı mane olur

2 dəq
Paylaş:
ABŞ-nin İrana qarşı əməliyyatlarını genişləndirməsinə resurs çatışmazlığı mane olur

ABŞ-nin İrana qarşı planlaşdırdığı hava əməliyyatlarının genişləndirilməsi çatışmazlığı səbəbindən çətinləşə bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “” qəzetinə danışan yüksək rütbəli ABŞ rəsmisi məlumat verib.

Mənbənin sözlərinə görə, ABŞ ordusunun hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli sursat ehtiyatları azalır. Bu isə planlaşdırılan hərbi əməliyyatların əvvəlcədən nəzərdə tutulduğu miqyasda davam etdirilməsini çətinləşdirir.

Bildirilib ki, regionda davam edən hərbi qarşıdurmalar nəticəsində yaranan itkilər ABŞ-nin Yaxın əlavə canlı qüvvə və təyyarələri göndərmək imkanlarını da məhdudlaşdırıb.

Adının açıqlanmasını istəməyən rəsmi şəxs bildirib: “Əməliyyatları təhlükəsiz şəkildə həyata keçirmək üçün kifayət qədər resursumuz yoxdur və hesab edirəm ki, Ağ Ev bunun miqyasını tam dərk etmir.”

Qeyd edək ki, bundan əvvəl İsrail mətbuatında ABŞ-nin Yaxın Şərqə əlavə yanacaqdolduran təyyarələr və döyüş təyyarələri göndərdiyi barədə məlumatlar yayılmışdı.

Həmçinin bildirilirdi ki, tərəflər arasında gərginliyin azaldılması məqsədilə 14 iyun tarixində “İslamabad Mutabakatı” imzalanıb və 60 günlük danışıqlar prosesi nəzərdə tutulub. Lakin iyulun 8-də ABŞ-nin İrana qarşı yeni hücumları və Tehranın cavab olaraq regiondakı ABŞ hərbi bazalarını hədəf aldığını açıqlaması fonunda vəziyyət yenidən gərginləşib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax