Neft qiymətləri dünənki enişdən sonra bərpa olunub

Neft qiymətləri dünənki enişdən sonra bərpa olunub
05.01.2024 12:46
Aa
dəq

Dünya bazarında neft qiymətləri əvvəlki sessiyadakı enişdən sonra cümə günü səhər yenidən yüksəlib, investorlar ABŞ-ın neft ehtiyatları ilə bağlı məlumatları dəyərləndirir.

"Operativ Məlumat Mərkəzi-OMM" “İnterfaks”a istinadən xəbər verir ki, Londondakı “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barelə görə 77,99 ABŞ dolları təşkil edib. Bu, əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 0,4 dollar (0,52 %) çoxdur.

Nyu Yorkun əmtəə birjasında (NYMEX) keçirilən elektron ticarət əməliyyatlarının gedişində fevral ayı üçün WTI markalı neftinin fyuçerslərinin kotirovkaları 0,54 ABŞ dolları (0,75%) artaraq 1 barelə görə 72,73 dollar təşkil edib.

Xatırladaq ki, ABŞ Energetika Nazirliyinin cümə axşamı verdiyi məlumata görə, ölkədə kommersiya məqsədli neft ehtiyatları dekabrın 29-da bitən həftədə 5,5 milyon barel azalıb. “Trading Economics”in istinad etdiyi ekspertlərin konsensus proqnozu daha az azalmanı (3,73 milyon barel) nəzərdə tuturdu.

Keçən həftə benzin ehtiyatları 10,9 milyon barel, distillatların ehtiyatı isə 10,09 milyon barel artıb və bu, yanacaq tələbi ilə bağlı narahatlıqları gücləndirib, nəticədə də neft bazarına təzyiq göstərib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu