Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nazirlər Kabineti mühasiblər üçün yeni qərar qəbul etdi

2 dəq
Paylaş:
Nazirlər Kabineti mühasiblər üçün yeni qərar qəbul etdi

22 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişiklik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, İctimai Sektor üçün Uçotunun Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan birinə malik olduğu hallarda keçiriləcək imtahanın I mərhələsindən azad edilir:

- İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA - Chartered Institute of Public Finance & Accountancy) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı;

- İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA - Association of Chartered Certified Accountants) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı

Qaydalarda göstərilən sertifikatı əldə etmiş peşəkar mühasiblər işçilərinin ümumi sayı 100 nəfərdən çox olmayan büdcə təşkilatlarında, habelə işçilərin sayından asılı olmayaraq mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və strukturuna daxil olmayan tabeliyindəki büdcə təşkilatlarında və yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax