Nazir Ümumdünya Səhiyyə Assambleyasının iclasında bəyanat səsləndirib

Nazir Ümumdünya Səhiyyə Assambleyasının iclasında bəyanat səsləndirib
22.05.2023 14:05
Aa
dəq

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasında Qoşulmama Hərəkatı adından bəyanat səsləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Teymur Musayev Qoşulmama Hərəkatına üzv ölkələrinin hər bir insanın tibbi xidmətlərə çıxışının təmin edilməsində mühüm məsələ olduğunu vurğulayıb.

Qoşulmama Hərəkatı SARS-COV-2 pandemiyasının nəticələrinin uzun müddətdə idarə olunması üçün ÜST-lə əməkdaşlığa hazırdır. Hərəkat pandemiyanın təsirlərinin aradan qaldırılması üçün qlobal səylərin gücləndirilməsində mühüm rol oynayıb. Belə ki, peyvəndlərə bərabər, vaxtında və universal çıxışın təmin edilməsinə dair qətnamə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib. Həmçinin QH üzv ölkələrin COVİD-19 a qarşı tibbi və humanitar ehtiyaclarına dair məlumat bazası istifadəyə verilib. Hərəkat COVİD-19 a qarşı vaksin ianə edən ölkələrin səylərini yüksək qiymətləndirir.

Qoşulmama Hərəkatı 2 mart 2023-cü il tarixdə Bakıda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş COVİD-19 a cavab olaraq pandemiyadan sonrakı qlobal canlanma üzrə Hərəkatın Təmas Qrupunun Sammit səviyyəli görüşünü alqışlayır.

QH üzv ölkələri səhiyyədə təhlükəsizlik və daha güclü səhiyyə sistemlərini təmin etmək üçün Universal Səhiyyə Əhatəliliyinə və 2030-cu ilə kimi səhiyyə ilə bağlı Davamlı İnkişaf Məqsədlərinə nail olmağa sadiqliyini bir daha ifadə edir.

Sonda Teymur Musayev QH-nın Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasında iştirak edən dövlətlərin gələcək pandemiyalara daha hazırlıqlı olması üçün səhiyyədə effektiv tədbirləri prioritetləşdirməkdə həmrəyliyinə ümidvar olduğunu bildirib.

Həftənin ən çox oxunanları

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu