Nazir: "Ölkədə ünvanlı sosial yardımın əhatə dairəsi ciddi şəkildə artırılıb"

Nazir: "Ölkədə ünvanlı sosial yardımın əhatə dairəsi ciddi şəkildə artırılıb"
13.10.2023 14:20
Aa
dəq

“Ölkədə ünvanlı sosial yardımın əhatə dairəsi ciddi şəkildə artırılıb və bu gün həmin yardımları alan şəxslərin sayı 300 minə yaxınlaşıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkədə yaşayış minimumu 246 manat, onun ikiqatı məbləğində isə əhaliyə ünvanlı sosial yardım ödənilir və kifayət qədər də əhatə dairəsi genişdir: “Bəli, bunu artırmaq da olar. Əlbəttə, onun ölçüsü yoxdur. Hətta əhalinin 100 faizinə də vermək olar. Bəs sonra bu nə ilə nəticələnəcək, əhalini hara aparacaq?! Passiv sosial ödənişin artması nəticəsində nəinki ölkədə, eləcə də bütün dünyada aparılan analizlərin nəticəsi ondan ibarətdir ki, passiv ödənişlər artdıqca aktiv məşğulluq azalır. Bu, 5-10 il sonrası üçün ölkədə işləyənlərin sayının kəskin azalması deməkdir. bu səbəbdən hesab edirik ki, Azərbaycanın bu məsələdə konservativ yanaşması davam etməlidir”.

Həftənin ən çox oxunanları

Bu ərazilərdə qaz OLMAYACAQ

Bu ərazilərdə qaz OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu