Elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştelmayster ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Elm və Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əlaqələrin cari vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə olunub.