Operativ Məlumat Mərkəzi

NATO: "Vaqner böhranı Rusiyanın daxili işidir"

2 dəq
Paylaş:
NATO: "Vaqner böhranı Rusiyanın daxili işidir"

"Vaqner böhranını Rusiyanın daxili işidir".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Vilnüs Sammitinə toxunan Stoltenberq, 31 müttəfiq ölkə liderinin qatılacağı sammitdə Rusiya ilə mübarizə aparan Ukraynaya uzunmüddətli yardım paketini təsdiq edəcəklərini bildirib və belə davam edib:

"Biz Ukrayna ilə siyasi əlaqələrimizi artıracağıq. Qəbul ediləcək qərarlar Ukraynanı alyansa yaxınlaşdıracaq, çünki Ukraynanın haqlı yeri NATO-dur. Bütün müttəfiqlər NATO-nun qapılarının açıq olduğuna, Ukraynanın NATO-ya üzv olacağına yalnız NATO və Ukraynanın qərar verəcəyi barədə həmfikirdir. Rusiyanın veto hüququ yoxdur. Müharibə bitdikdən sonra biz Ukraynanın təhlükəsizliyi üçün tədbirlər görməliyik ki, tarix təkrarlanmasın".

Stoltenberq Belarusdakı prosesləri yaxından izlədiklərini və Rusiyanın bu ölkədə nüvə silahı yerləşdirməsini pislədiklərini, bunun məsuliyyətsiz bir addım olduğunu vurğulayıb.

Vilnüs sammitində NATO-nun yeni regional təhlükəsizlik planları ilə bağlı addımlar atılacağını bildirən Stoltenberq, bu planlar 300 mindən çox əsgərin yüksək hazırlıq səviyyəsində olacağını, onlara dəniz və hava ünsürləri ilə dəstək veriləcəyini söyləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər