Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NATO nüvə potensialını modernləşdirmə planını təsdiqlədi

2 dəq
Paylaş:
NATO nüvə potensialını modernləşdirmə planını təsdiqlədi

nüvə qüvvələrini modernləşdirməklə alyansın nüvə potensialını gücləndirməyə davam edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə NATO nazirləri səviyyəsində keçirilən Nüvə Planlaşdırma Qrupunun iclasından sonra bəyanatda bildirilib.

NATO-nun rəsmi saytında dərc olunan sənəddə qeyd edilib ki, müdafiə nazirləri alyansın nüvə çəkindirmə imkanlarının artırılması üçün modernləşdirmə prosesinin davam etdirilməsi barədə razılığa gəliblər.

“Nüvə Planlaşdırma Qrupunun iclasında müdafiə nazirləri NATO-nun nüvə potensialını modernləşdirməklə onun nüvə müqavimətini gücləndirməyə davam etmək barədə razılığa gəliblər”, - deyə bəyanatda vurğulanıb.

Sənəddə həmçinin bildirilib ki, müttəfiqlər NATO-nun nüvə missiyasının yerinə yetirilməsi üçün zəruri resurslara, imkanlara və qüvvələrə investisiya qoymaq öhdəliyini bir daha təsdiqləyiblər.

Qeyd olunub ki, bu addımlar müdafiə çərçivəsində alyans ölkələri arasında məsuliyyətin, risklərin və yükün bölüşdürülməsinə xidmət edir.

Bəyanatda NATO-nun bu sahədə birlik və qətiyyət nümayiş etdirməsinin vacibliyi də xüsusi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax