Əsas məzmuna keç

NATO təlimlərində iştirak etmək üçün 50-dən çox hərbi gəmi Litvaya gedəcək

NATO təlimlərində iştirak etmək üçün 50-dən çox hərbi gəmi Litvaya gedəcək

bu barədə jurnalistlərə Litva Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Gedrius Premeneçkas bildirib. Məqsəd Baltik dənizində ən böyük hərbi dəniz...

ölkələrindən olan 4 minə yaxın hərbi qulluqçu 50-dən çox döyüş gəmisi ilə Litvaya gedəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalistlərə Litva Hərbi Qüvvələrinin komandanı admiral Gedrius Premeneçkas bildirib.

Məqsəd dənizində ən böyük hərbi dəniz təlimi olan “Baltops 2024”də iştirak etməkdir.

“Təxminən 30 Klaypeda dövlət limanında lövbər salacaq, daha bir neçə gəmi isə onlara tapşırılan vəzifələrdən asılı olaraq limandan kənarda qalacaq”, - o deyib.

Admiralın sözlərinə görə, 21 ölkənin donanmasını təmsil edən gəmilərdən əlavə, təlimlərə 45 hərbi təyyarə də cəlb olunub. O bildirib ki, bu, Baltik dənizində keçirilən hərbi təlimlər tarixində ən böyük hərbi manevrlərdir. Təlimlər iyunun 22-dək davam edəcək.

“Baltops-2024”ün əsas məqsədləri NATO tərəfdaşlarının taktiki və əməliyyat səviyyələrində strateji qarşılıqlı fəaliyyətini nümayiş etdirmək və böhran vəziyyətində birgə hərəkətləri təcrübədən keçirməkdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…