Operativ Məlumat Mərkəzi

NATO tarixinin ən böyük aviasiya təliminə hazırlaşır

2 dəq
Paylaş:
NATO tarixinin ən böyük aviasiya təliminə hazırlaşır

NATO Almaniya və Şərqi Avropada yarandığı gündən bu yana ən böyük aviasiya təlimini keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, iyunun 12-23-də keçiriləcək “Air Defender 2023” təlimində 10 mindən çox hərbi qulluqçu və 250-dən çox döyüş təyyarəsinin iştirakı planlaşdırılır.

Almaniya Hərbi Hava Qüvvələrinin ev sahibliyi etdiyi təlimin məqsədi alyansın hava hücumundan müdafiəsini güclü saxlamaq.

Təlim üçün ABŞ Hərbi Hava Qüvvələrindən təxminən 110 təyyarə Atlantik okeanının o tayından Avropaya gələcək. Bundan əlavə, təlimdə NATO ölkələrindən Avropadakı 80, beynəlxalq tərəfdaşlardan isə 60 təyyarənin iştirakı gözlənilir. Təlim zamanı gündə orta hesabla 250 döyüş atışının həyata keçiriləcəyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər