Əsas məzmuna keç

NATO-nun yeni müdafiə layihələri açıqlandı

NATO-nun yeni müdafiə layihələri açıqlandı

Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda NATO-nun yeni strateji təşəbbüsləri, o cümlədən "Halo" peyk qrupu və "Çelik Kubbe" layihəsi müzakirə edilib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ankarada keçirilən 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində təşkil olunan Forumunda alyansın yeni hərbi layihələri təqdim edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, NATO Baş katibinin köməkçisi Radmila Şekerinska forumda çıxış edərək “Kosmos və Müşahidə”, “Hücum Qabiliyyətləri” və “İnteqrə edilmiş Hava və Raket Müdafiəsi” sahələrində həyata keçirilən yeni təşəbbüslər barədə məlumat verib.

Məlumata görə, NATO müttəfiqlərinin kosmik imkanlarını gücləndirmək məqsədilə “” adlı yeni qrupunun yaradılması layihəsinə start verilib. Bildirilib ki, layihə yüksək sürətli rabitə, kəşfiyyat və raketlərin izlənilməsi imkanlarını genişləndirəcək.

Şekerinska əlavə edib ki, Vaşinqton Zirvəsində əsası qoyulan “Kosmosdan İttifaq Davamlılığı Müşahidəsi” (APSS) təşəbbüsünə İspaniyanın qoşulması ilə iştirakçı ölkələrin sayı 19-a yüksəlib. O, həmçinin fövqəladə hallarda ehtiyat peyklərin orbitə çıxarılmasını nəzərdə tutan “Starlift” təşəbbüsü üzrə işlərin davam etdiyini bildirib.

NATO rəsmisi Türkiyənin müdafiə sənayesinin alyans üçün əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, “TÜBİTAK Uzay” yüksək texnologiyalı peyklərin istehsalında mühüm rol oynayacaq. Şekerinska “ASELSAN” ilə imzalanan müqavilələri, “ Kubbe” milli hava müdafiə sistemi çərçivəsində radar təchizatını və “ATMACA” uzun mənzilli qanadlı raketlərinin tədarükünü yüksək qiymətləndirib.

Şekerinska NATO-nun İnteqrə edilmiş Hava və Raket Müdafiəsi sistemlərini alyansın müdafiəsinin əsas dayaqlarından biri adlandıraraq bildirib ki, son aylarda hava məkanının pozulması halları artıb və bu səbəbdən yeni texnologiyaların daha sürətli şəkildə inteqrasiya olunması vacibdir.

Forumun sonunda NATO-nun yeni müdafiə layihələri ilə bağlı rəsmi imzalama mərasimi keçirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…