Əsas məzmuna keç

NATO dəniz təlimlərinə başlayır: Şimali Atlantikada manevrlər

NATO dəniz təlimlərinə başlayır: Şimali Atlantikada manevrlər

"Dynamic Mongoose 2026" manevrləri mayın 18-də start götürür. ABŞ, Britaniya və Norveç gəmiləri sualtı təhdidləri necə dəf edəcək? Alyansın hərbi gücü haqqında oxu.

en ru

NATO-nun “ Mongoose 2026” adlı təlimi mayın 18-də Şimali Atlantika bölgəsində start götürəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Hərbi Dəniz Qüvvələri Komandanlığının rəhbərliyi ilə keçirilən təlimlərdə Böyük Britaniya, Norveç, , Kanada, Danimarka, Almaniya və Niderlanddan 10-dan çox hərbi gəmi, qayıq və dəniz patrul təyyarələri iştirak edəcək.

Bildirilib ki, əsas məqsəd müttəfiq qüvvələrin potensial sualtı təhdidlərə qarşı hazırlıq səviyyəsinin artırılması və sualtı qayıqlara qarşı döyüş bacarıqlarının təkmilləşdirilməsidir.

NATO açıqlamasında qeyd edib ki, təlimlər alyans qüvvələrinin koordinasiya və operativ imkanlarını gücləndirməyə xidmət edir.

“Dynamic Mongoose 2026” təlimlərinin mayın 29-dək davam edəcəyi bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…