Əsas məzmuna keç

NATO: "Biz Gürcüstanı Avro-Atlantik ailənin tamhüquqlu üzvü kimi görmək istəyirik"

NATO: "Biz Gürcüstanı Avro-Atlantik ailənin tamhüquqlu üzvü kimi görmək istəyirik"

NATO-nun Yens Stoltenberq Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze ilə görüşüb və bu ölkənin və Avropa İttifaqının (Aİ) bir hissəsi olmasını dəstəklədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Stoltenberq NATO-nun tərəfdaşı olan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Gürcüstan ilə NATO arasındakı ortaqlığın daha da necə inkişaf etdiriləcəyini müzakirə edəcəklərini ifadə edən Stoltenberq, “Gürcüstanın Avro-Atlantik ailəsinə tam üzvlüyə, daha çox demokratiyaya və rifaha doğru irəlilədiyini görmək istəyirik”,- deyə qeyd edib.

Ölkəsinin bu illər ərzində NATO-nun rəhbərlik etdiyi missiya və əməliyyatlarda iştirak etdiyini deyən Kobaxidze bunun müdafiə qabiliyyətinin NATO ilə uyğunlaşmasına töhfə verdiyini bildirib.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 09.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…