Operativ Məlumat Mərkəzi

Narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

1 dəq
Paylaş:
Narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb
bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib. Qeyd olunub ki, onlardan 20...

Ötən il qəbul olunmuş yeni statistik hesabat formasına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən, 2023-cü il dekabrın 31-də Azərbaycan üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 36 659 nəfər təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.

Qeyd olunub ki, onlardan 20 246 nəfəri opioidlərin, 7 955 nəfəri kannabioidlərin, 8 458 nəfəri isə eyni zamanda, bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir. Onlardan 802 nəfəri qadındır. 2023-cü ildə müvafiq diaqnozla dispanser nəzarətinə 3 796 nəfər götürülüb, 2 153 nəfər isə nəzarətdən çıxarılıb

Bu xəbəri paylaş

Oxşar xəbərlər