Əsas məzmuna keç

Narendra Modi Oman sultanı ilə sülh və təhlükəsizliyi müzakirə etdi

Narendra Modi Oman sultanı ilə sülh və təhlükəsizliyi müzakirə etdi

Hindistanın baş naziri və Oman lideri Hörmüz boğazında təhlükəsizlik, Qurban bayramı və regional sülhü müzakirə ediblər. Strateji əlaqələrin vacib detalları...

ru en

Hindistanın baş naziri Narendra Heysəm bin Tariqlə aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hindistan hökumət başçısının “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verilib.

Modi yazıb ki, qardaşı Sultan Heysəm bin Tariqlə səmərəli söhbət edib və Oman xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.

Tərəflər gərginliyin azaldılması, eləcə də və sabitliyin bərpası üçün dialoq və diplomatiyaya üstünlük verilməsinin vacibliyi barədə razılığa gəliblər.

Telefon danışığı zamanı Hindistan bir daha Omanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını pisləyib və minlərlə insanın, o cümlədən Hindistan vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün bu ölkənin səylərinə minnətdarlığını ifadə edib.

Tərəflər strateji əhəmiyyətli Hörmüz boğazından təhlükəsiz və azad gəmiçiliyin təmin edilməsinə birgə sadiqliklərini vurğulayıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…