Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-Rusiya münasibətləri ilə bağlı yeni müzakirələr başlayıb

2 dəq
Paylaş:
ABŞ-Rusiya münasibətləri ilə bağlı yeni müzakirələr başlayıb

ABŞ-də Rusiya ilə ikitərəfli münasibətlərin bərpası və gərginliyin azaldılması istiqamətində mümkün addımlar müzakirə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə münasibətlər üzrə amerikalı Lyuk Nikastronun "" nəşrində yayımlanan məqaləsində qeyd olunub.

Məlumata görə, ABŞ-nin Rusiya ilə bağlı əsas strateji məqsədinin qarşıdurmanı artırmaq deyil, münaqişələrin qarşısını almaq və sabitliyi təmin etmək olmalı olduğunu bildirib.

Ekspert vurğulayıb ki, ABŞ-nin Milli Strategiyasında da əsas prioritetlərdən biri Ukraynadakı münaqişənin başa çatdırılması və "strateji sabitliyin" bərpası kimi göstərilir.

Nikastro ABŞ-nin Avropadakı hərbi mövcudluğunun Moskva ilə münasibətlərdə gərginlik yaradan amillərdən biri olduğunu qeyd edib. Onun fikrincə, bölgədəki hərbi fəaliyyət Rusiyada narahatlıq doğurur və tərəflər arasında etimadsızlığı artırır.

Bununla yanaşı, ABŞ-nin Avropadakı hərbi kontingentinin azaldılması məsələsi də gündəmə gəlib. Məlumata görə, Vaşinqton NATO çərçivəsində öhdəliklərini qorumaqla yanaşı, diqqətini Asiya-Sakit okean regionuna, xüsusilə Çinlə bağlı strateji məsələlərə yönəltməyi planlaşdırır.

Mayın 27-də ABŞ-nin Avropadakı hərbi qüvvələrinin sayının azaldılması ilə bağlı qərar verdiyi barədə məlumatlar yayılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax