"Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (START) əvvəlki müqavilənin 5 fevralda müddətinin başa çatmasından sonra beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün mühüm baza rolunu oynaya bilər".
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu fikri hərbi ekspert İvan Konovalov gazeta.ru-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, tərəflər hazırda müqavilənin yenilənməsi üzərində işləyirlər.
Ekspert qeyd edib ki, Rusiya Federasiyası bu məsələni artıq gündəmə gətirib və Moskvanın mövqeyinə əsasən, belə bir saziş yeni qlobal təhlükəsizlik sisteminin formalaşdırılması üçün ciddi platforma ola bilər.
Konovalovun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp xarici siyasət və hərbi-siyasi istiqamətlər üzrə çoxsaylı prioritetlər müəyyən edib və hazırda onların üzərində iş aparılır.
Mənbə əlavə edib ki, Tramp adətən tez nəticələr gözləyir və START razılaşması hazırda onun üçün ən vacib məsələlərdən biri hesab olunmur.