Əsas məzmuna keç

Muzeylər mayın 18-də "Açıq qapı" günü keçirəcək

Muzeylər mayın 18-də "Açıq qapı" günü keçirəcək

Beynəlxalq Muzeylər Günü münasibətilə ölkə üzrə mədəniyyət ocaqlarına giriş ödənişsizdir. Mədəniyyət Nazirliyinin bu aksiyasında hansı eksponatları görmək olar?

en ru

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "Açıq " günü keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.

Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…