Əsas məzmuna keç

Adil Kərimli İtaliya mədəniyyət naziri ilə görüşdü

Adil Kərimli İtaliya mədəniyyət naziri ilə görüşdü

Roma səfəri çərçivəsində Alessandro Ciuli ilə bir araya gələn nazir, iki ölkə arasında kinematoqrafiya, muzey işi və mədəni irsin qorunması üzrə yeni layihələri müzakirə edib.

en ru

İyunun 18-də şəhərində səfərdə olan Azərbaycanın naziri Kərimli İtaliyanın mədəniyyət naziri Alessandro Ciuli ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, söhbət zamanı və İtaliya arasında mədəni əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə mədəni irsin qorunması, işi, yaradıcı sənayelər, kinematoqrafiya, musiqi və ifaçılıq sənəti sahələrində birgə layihələrin həyata keçirilməsi, həmçinin mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Nazir Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin prioritetləri, mədəni diplomatiyanın gücləndirilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə həmkarına məlumat verib.

Tərəflər qarşılıqlı mədəniyyət günlərinin, sərgi və konsert proqramlarının təşkili, peşəkar mübadilə layihələrinin həyata keçirilməsi və mədəniyyət sahəsində institusional əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Azərbaycan və İtaliya mədəniyyət nazirlərinin əvvəlki görüşü 2024-cü ilin dekabrında Romada keçirilib. Həmin görüşdə əldə edilən razılaşmaların davamı olaraq tərəflər mədəni əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsində və birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər.

Görüşdə mədəniyyət sahəsində layihələrin icrası ilə bağlı tədbirlər planı da müzakirə olunub.

Adil Kərimli İtaliya mədəniyyət naziri ilə görüşdü


Adil Kərimli İtaliya mədəniyyət naziri ilə görüşdü


Adil Kərimli İtaliya mədəniyyət naziri ilə görüşdü


Adil Kərimli İtaliya mədəniyyət naziri ilə görüşdü

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…