Əsas məzmuna keç

Muxtar Babayev: COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq

Muxtar Babayev: COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) şəffaflıq və inklüzivliyə...

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası () və inklüzivliyə həsr olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Münhen Təhlükəsizlik Konfransının panel müzakirəsi zamanı bildirib.

“Bütün ölkələri Bakıda keçiriləcək bu tədbirə qatılmağı dəvət edirik. ki, müsbət nəticələr əldə edə biləcəyik. Hesab edirik ki, bu, Dubayda əldə olunmuş uğurlu konsensusdan yararlanmaq və onu 2025-ci ildə Bakıya, daha sonra Braziliyaya ötürmək üçün əla fürsətdir”, - o vurğulayıb.

M.Babayev qeyd edib ki, COP sədrlikləri troykası çərçivəsində əməkdaşlıq iqlim gündəliyindəki prosesi birgə irəlilətmək üçün yaxşı şansdır.

Xatırladaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

COP30 isə 2025-ci ildə Braziliyada keçiriləcək.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…