Operativ Məlumat Mərkəzi

Mustafa Şentop: "Ermənistanın Laçın yolu ilə mina və hərbi texnika daşınması qətiyyən yolverilməzdir"

1 dəq
Paylaş:
Mustafa Şentop: "Ermənistanın Laçın yolu ilə mina və hərbi texnika daşınması qətiyyən yolverilməzdir"
bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib....

"Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

M.Şentop həmçinin, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyaya dəstəyini ifadə edib.

O bildirib ki, Ermənistanın Laçın yolundan minaların, hərbi texnikanın və silahların, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının daşınması üçün istifadə etməsi qətiyyən yolverilməzdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər