Əsas məzmuna keç

Müəllim 2 milyon rubl oğurladı: 10 il həbs

Müəllim 2 milyon rubl oğurladı: 10 il həbs

Sobolevo kəndində 38 yaşlı pedaqoq saxta sənədlərlə sosial ödənişləri mənimsəyib. Rusiya büdcəsinə ziyan vuran şəxsi 10 il həbs gözləyir. Cinayətin təfərrüatı:

en ru

Daxili İşlər Nazirliyinin regional idarəsinin məlumatına görə, Kamçatka diyarında dərs deyən dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunaraq barəsində açılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müstəntiqlərin sözlərinə görə, Sobolevo kəndindən olan 38 yaşlı müəllim səlahiyyətli qurumlara yalan məlumat təqdim edib. Bu isə ona uşaqlarının doğulması və tərbiyəsi ilə bağlı aylıq sosial ödənişlər almağa imkan yaradıb.

Bildirilib ki, onun qanunsuz hərəkətləri nəticəsində federal və regional büdcələrdən ümumilikdə 2 198 044 vəsait mənimsənilib.

Faktla bağlı müavinətlərin saxtakarlıq yolu ilə əldə olunması maddəsi üzrə cinayət işi başlanıb. Təqsiri sübuta yetirilərsə, müəllimi 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin bütün detalları araşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…