Operativ Məlumat Mərkəzi

Mozambikdə “Çido” qasırğası nəticəsində ölənlərin sayı 73-ə çatıb

1 dəq
Paylaş:
Mozambikdə “Çido” qasırğası nəticəsində ölənlərin sayı 73-ə çatıb
təbii fəlakət nəticəsində daha 543 nəfər yaralanıb. Ölkənin Milli Fəlakət Risklərinin İdarə Edilməsi və Azaldılması İnstitutunun verdiyi hesabata görə,...

Mozambikdə “Çido” qasırğası nəticəsində ölənlərin sayı 73-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Sinxua agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində daha 543 nəfər yaralanıb.

Ölkənin Milli Fəlakət Risklərinin İdarə Edilməsi və Azaldılması İnstitutunun verdiyi hesabata görə, hökumət təcili dəstəyə ehtiyacı olan 1349 nəfərin yaşaması üçün nəzərdə tutulmuş iki təcili yaşayış mərkəzini istifadəyə verib. Hesabatda qeyd edilib ki, ümumilikdə siklon 48 səhiyyə müəssisəsi, 13 ibadət yeri, 186 elektrik dirəyi, 9 su sistemi və 171 balıqçı gəmisi ilə yanaşı 36 min 207 evi dağıdıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər