"Roma"nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo Roma klubundakı gələcəyi ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mütəxəssis klubda qalacağına ümid etdiyini qeyd edib.
“Romadan ayrılıram? Mən başa düşmürəm nə danışırsan. Mənim etibarlı müqaviləm var. Mənim tərəfimdən heç bir problem yoxdur. Komandada yaxşı nəticələr əldə etmək üçün burada çalışıram. “Roma bizim həyatımızdır”.
Qeyd edək ki, A Seriyasının son matçında "Roma" "Kalyari" üzərində 4:1 hesablı qələbə qazanıb. Mourinyonun "Qurdlar"la müqaviləsi 2024-cü ilin ortalarına qədərdir.