Operativ Məlumat Mərkəzi

Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katibləri görüşəcək

1 dəq
Paylaş:
Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katibləri görüşəcək

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katiblərinin növbəti görüşü keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, görüşdə MDB məkanında regional təhlükəsizliyin aktual problemləri, həmçinin təhlükəsizlik sahəsində ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda praktiki qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.

Birliyə üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin illik toplantısı 11-ci dəfə keçiriləcək. Əvvəlki toplantı 2022-ci ilin noyabrında Moskvada baş tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər