Əsas məzmuna keç

Möminə xatun türbəsinin bərpasına 9,5 milyon manat ayrıldı

Möminə xatun türbəsinin bərpasına 9,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Naxçıvandakı XII əsr incisi Möminə xatun türbəsinin konservasiyası üçün qərar verdi. Ehtiyat fondundan ayrılan vəsaitin detalları burada.

ru en

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə imzalanıb.

Sərəncama görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…