Əsas məzmuna keç

Moldovada müxalifətdə olan rusiyayönümlü partiya bağlanıb

Moldovada müxalifətdə olan rusiyayönümlü  partiya bağlanıb

Moldovanın Konstitusiya Məhkəməsi müxalifətdə olan rusiyayönümlü Şor Partiyasının fəaliyyətinin qadağan edilməsi haqqında hökumətin qəbul etdiyi qərarı dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri bildirib.

Onun sözlərinə görə, Şor Partiyası qanunsuz elan olunub. bildirib ki, partiya üzvü olan deputatlar mandatlarını qoruyub:

“Ancaq onlar parlament fraksiyası yarada və başqa fraksiyalara birləşə bilməzlər”.

Moldova Prezidenti Maya Sandu bildirib ki, Şor Partiyası dövlət təhlükəsizliyini təhdid edirdi.

Qeyd edək ki, son zamanlar bu partiyanın keçirdikləri etiraz aksiyaları ilə Moldovanın təhlükəsizliyi üçün problem yaratdığına dair məlumat yayılırdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…