"Real Madrid"in sabiq yarımmüdafiəçisi Luka Modriç "Milan"a keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" jurnalist Fabrizio Romanoya istinadən xəbər verir ki, 39 yaşlı xorvatiyalı klubda müzakirə olunur.
Modriç artıq müxtəlif komandalardan təkliflər alıb, lakin seçim etməyə tələsmir.
Ötən mövsüm futbolçu La Liqada 35 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.