MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
19.04.2024 13:41
Aa
dəq

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov uşaqların I sinfə müsahibə ilə qəbul olunması məsələsinə narazılığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, o, parlamentin bugünkü plenar iclasında “Təhsil haqqında” qanuna təklif olunan dəyişiklərin müzakirəsi zamanı ölkədə 9 illik təhsilin icbari olduğunu vurğulayıb.

S.Novruzov deyib ki, şagird məktəbə dərs öyrənmək üçün gəlir:

“Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?! Vaxtilə Rusiya çarı Aleksandr manifest qəbul etdi və insanları evindən dartıb məktəbə gətirdi. İndi isə insanların məktəbə gəlməyib evdə oturmasını istəyirlər. Əgər məktəbəqədər təhsil müəssisələrinin sayı Bakıda 25 %-dirsə və oradakı uşaqların 10-15 %-i müsahibədən keçmirsə, harada təhsil almalıdır?! Hindistanda İndira Qandinin vaxtına qədər belə qayda var idi ki, yalnız varlı uşaqlar təhsil ala bilirdi. Sonradan bu məsələni bir az yüngülləşdirib kasıb uşaqların da bu siyahıda olmasına razılıq verdilər”.

Komitə sədri söyləyib ki, bu gün valideyn yaşadığı əraziyə yaxın məktəbə övladını qoymaq istəyir, müsahibə əsnasında böyük ansambl sıraya düzülür:

“Guya uşağın biliyini yoxlayırlar. Bu, hansı qanunvericilikdə nəzərdə tutulub? Bütün oxumaq istəyən şəxslər üçün şərait yaradılmalıdır. Onları məktəbdən qovmaq əvəzinə, oxumağa sövq edək. Hər kəs özündən bir qayda qəbul edib uşaqların oxumasına maneçilik törətməsin. Hər bir dövlət məmuru qanunvericiliyin tələbini yerinə yetirməlidir”.

Həftənin ən çox oxunanları

DİM: Həftəsonu imtahanlarda 11943 nəfər iştirak edəcək

DİM: Həftəsonu imtahanlarda 11943 nəfər iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayıb - YENİLƏNİB

Yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Magistraturaya qəbul imtahanının ilkin nəticələri elan olunub

Magistraturaya qəbul imtahanının ilkin nəticələri elan olunub
DAVAMIN OXU davamın oxu

Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
DAVAMIN OXU davamın oxu

İmtahanın nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

İmtahanın nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb
DAVAMIN OXU davamın oxu