Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə birgə maliyyə bazarının formalaşdırılması istiqamətində işləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin 2025-ci il Moskva Maliyyə Forumunun iştirakçılarına müraciətində bildirib.
"Aİİ-dəki həmkarlarımıza gəlincə, biz artıq onlarla ümumi maliyyə bazarının formalaşdırılması istiqamətində işləyirik. Rusiya qiymətli kağızların transsərhəd qəbulu haqqında saziş imzalayıb", - Mişustin bildirib.
Rusiya hökumətinin başçısı fond bazarına inamın artırılmasının vacibliyini də bəyan edib. 2025-ci ildə Moskva Maliyyə Forumu 10 illiyini qeyd edəcək. Bu ilin əsas mövzusu “Maliyyə Sistemi: Problemlər və Məqsədlər”dir.
Moskva Maliyyə Forumu hər il maliyyə-iqtisadi siyasətin aktual məsələlərini, Rusiyanın maliyyə sisteminin uzunmüddətli sabitliyini müzakirə edir, Rusiya hökumətinin maliyyə-iqtisadi sektorunun tənzimlənməsi üçün effektiv həllər hazırlayır.