ABŞ-ın Missuri ştatında baş verən kütləvi atışma nəticəsində ölənlərin sayı 29-a yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN tibb müəssisələrinə istinadən məlumat yayıb.
Məlumatda deyilir: “Ən azı 29 nəfərə dörd yerli xəstəxanada tibbi yardım göstərilib.
Hücum zamanı güllələrdən 19 nəfərin yaralandığı qeyd edilib. Qurbanlar arasında 6-15 yaş arası 11 uşaq olub, onlardan doqquzuna güllə yarası diaqnozu qoyulub.