Operativ Məlumat Mərkəzi

“NATO-nun səbri tükənmək üzrədir”

1 dəq
Paylaş:
“NATO-nun səbri tükənmək üzrədir”

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, İsveçin NATO-ya daxil olması mümkün qədər tez baş verməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bunu NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşü ərəfəsində deyib.

"Daha gecikmə hamının səbrini sınayacaq",- deyə Pistorius qeyd edib.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijyarto, Vaşinqtonun Macarıstandan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcəyini gözlədiyinə dair ABŞ-da verilən bəyanatlara cavab olaraq Budapeştin Vaşinqtonun "təlimatlarına əhəmiyyət vermədiyini" bildirmişdi.

O əlavə edib ki, Macarıstan suveren dövlətdir və xarici dövlətlər bu suverenliyə hörmət etməlidir.

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Budapeşt heç vaxt xarici dövlət qurumlarının qərarlarını, o cümlədən ABŞ Konqresinin qərarlarını tənqid etmir və ABŞ-ın daxili gündəminə heç vaxt qarışmır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər