Əsas məzmuna keç

Mirzoyan TRIPP-lə bağlı şirkətin səhmlərinin bölüşdürülməsinin prinsipini açıqlayıb

Mirzoyan TRIPP-lə bağlı şirkətin səhmlərinin bölüşdürülməsinin prinsipini açıqlayıb

TRIPP layihəsinin Ermənistanın suverenliyinə xələl gətirmir, əksinə regionda sülh, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Bu barədə...

ru

TRIPP layihəsinin Ermənistanın suverenliyinə xələl gətirmir, əksinə regionda sülh, əməkdaşlıq və üçün yeni imkanlar yaradır.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, bu barədə naziri Ararat Vaşinqtonda mətbuat konfransında bildirib.

O deyib ki, TRIPP layihəsi beş ay əvvəl Vaşinqton razılaşması üzrə götürülən öhdəliklərə əsaslanır, proqramın məqsədi Cənubi Qafqazın ticarət, tranzit və enerji axınları sahəsində potensialını açmaq, regionda rifahı və təhlükəsizliyi gücləndirməkdir.

Nazir qeyd edib ki, TRIPP layihəsinin icrası üçün yaradılacaq TRIPP İnkişaf Şirkətində nəzarət paketi 74 faizlə ABŞ-a məxsus olacaq, Ermənistanın payı isə 26 faiz təşkil edəcək: “Ümumilikdə, şirkətdəki paylar tərəflərin yatırdığı sərmayəni əks etdirir. Heç kimə sirr deyil ki, ABŞ böyük investisiyalar həyata keçirir və burada təkcə siyasi kapitaldan, siyasi dəstəkdən və ümumi investisiyalardan deyil, birbaşa maliyyə investisiyalarından gedir”.

Mirzoyan payın gələcəkdə dəyişəcəyini vurğulayıb: “Söhbət yalnız 49 il müddətinə aiddir ki, bu zaman sərmayələrin müəyyən dərəcədə geri dönəcəyi gözlənilir. Müqavilə daha sonra əlavə 50 il müddətinə uzadıldıqda isə səhm paylarının nisbəti dəyişəcək”.

Nazir Ermənistanın nəzarət səhm paketinə malik olmasa belə bir sıra prinsipial məsələlər üzrə öz nəzarət hüququnu qoruyub saxlayacağını əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…