Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərə baş çəkib. Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər proqramına uyğun olaraq, nazir Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə birgə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidə yerləşən bazasında olub.
Hərbi bazanın fəaliyyəti barədə ətraflı brifinq keçirildikdən sonra Azərbaycan nümayəndə heyəti bazadakı şəraitlə yaxından tanış olub və hərbi təyinatlı silahlara baxış keçirib.